
Macarıstan millisinin futbolçusu Atilla Osvalt Azərbaycanda oynamaq istəyir.
Bu barədə AZƏRTAC-a oyunçunun meneceri bildirib.
O, 30 yaşlı oyunçunun xidmətlərini “Qarabağ” komandasına təklif etmək istədiyini bildirib.
Hazırda ölkəsinin “Pakş” kollektivində çıxış edən müdafiəçi Macarıstan yığmasının heyətində üç oyunda meydana çıxıb.
