
“Atletiko”nun hücumçusu Cakomo Raspadori “Roma”ya keçiddən imtina edə bilər.
Tərəflər arasında razılaşma artıq əldə olunub: madridlilər italiyalı forvardı 2 milyon avro qarşılığında icarəyə verməyə və 19 milyon avroya satınalma hüququnu tanımağa hazırdır.
Azercash xarici KİV-ə istinadən xəbər verir ki, Raspadorinin özü bu transferin məqsədəuyğunluğuna tam əmin deyil. O, “Roma”ya keçməkdənsə, “Napoli”yə qayıtmağa daha çox üstünlük verir. Bu ssenari istisna olunmur, ancaq bunun üçün Neapol təmsilçisi əvvəlcə Lorenso Lukkanı satmalıdır.
Raspadori 2025-ci ilin avqustunda “Napoli”dən “Atletiko”ya transfer olunub. Dieqo Simeonenin komandasında 15 oyuna çıxan 25 yaşlı futbolçu bu matçlarda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
