
“Liverpul” İngiltərə kubokunun üçüncü mərhələsində “Barnsli” üzərində inamlı qələbə qazanıb. Mersisayd təmsilçisi rəqibinin qapısından 4 cavabsız top keçirərək növbəti mərhələyə yüksəlib.
Azercash xarici KİV-ə istinadən xəbər verir ki, bu qarşılaşma “Liverpul” üçün eyni zamanda məğlubiyyətsiz oyunlar seriyasının davamı olub. Komandanın ardıcıl məğlubiyyətsiz matçlarının sayı artıq 11-ə çatıb.
“Liverpul” sonuncu dəfə noyabrın 26-da, UEFA Çempionlar Liqasında PSV-yə qarşı oyunda məğlubiyyətlə üzləşmişdi. Həmin matçdan sonra baş məşqçi Arne Slotun rəhbərliyi altında komanda heç bir oyunda uduzmayıb.
Payız aylarında yaşanan çətinliklərdən sonra bu nəticə “qırmızılar” üçün olduqca müsbət göstərici sayılır. Belə uzun məğlubiyyətsiz seriya klub üçün 2024-cü ilin sonlarından bəri ilk dəfədir qeydə alınır.
“Liverpul” hazırda İngiltərə Premyer Liqasının son çempionudur. Komanda “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
