
Almaniyalı hücumçu Timo Verner yaxın vaxtlarda MLS təmsilçisi “San-Xose Ertkueyks” klubu ilə müqavilə imzalayacaq.
Azercash xarici KİV-ə istinadən xəbər verir ki, klublar transferlə bağlı artıq razılığa gəliblər. Futbolçuya yalnız rəsmi sənədləri imzalamaq qalır. Müqavilənin müddəti və maliyyə şərtləri hələlik açıqlanmayıb.
Verner 2025/26 mövsümündə “Leyptsiq”in heyətində cəmi 3 oyuna çıxıb. O, ötən mövsümü icarə əsasında “Tottenhem”də keçirib.
Vernerin 2020-ci ildə bazar dəyəri 80 milyon avro təşkil edirdi. Hazırda isə bu göstərici 3 milyon avroya qədər enib. Onun 29 yaşı var və karyerasında yeni səhifə açmağa hazırlaşan futbolçu Avropa futbolundan MLS-ə doğru yol alır.
Bizi Telegramda izləyin
