AzerCash Logo

İngiltərə klubu “Real”dan qovulan məşqçi ilə dərhal danışıqlara başlayıb

“Real”ın sabiq baş məşqçisi Xabi Alonso karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Azercash xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” ispaniyalı mütəxəssisin “Real”dan ayrılmasından dərhal sonra onunla danışıqlara başlayıb.

Hazırda londonluların baş məşqçisi Tomas Frankdır. Ancaq son vaxtlar mediada danimarkalı mütəxəssisin mümkün istefası ilə bağlı söz-söhbətlər intensivləşib. Bu fonda Xabi Alonsonun adı “Tottenhem”lə ciddi şəkildə hallanır.

London təmsilçisi Premyer Liqada 21 turdan sonra 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Komandanın növbəti oyunu yanvarın 17-də “Vest Hem”ə qarşı olacaq.

Xabi Alonso son olaraq “Real”da çalışıb və Avropanın aparıcı klublarının diqqət mərkəzində qalmaqda davam edir.

Bizi Telegramda izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir