AzerCash Logo

Paketa “Tottenhem”ə “yox” deyib

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa “Tottenhem”ə transfer olunmayacaq.

Azercash xəbər verir ki, bu barədə “ExWHUEmployee” məlumat yayıb.

Daha əvvəl “Tottenhem”in 28 yaşlı futbolçunun transferi üçün “Vest Hem”ə rəsmi təklif göndərdiyi bildirilirdi. Klub onu heyətinə qatmaqda həqiqətən maraqlı olub. Ancaq braziliyalı futbolçu klub rəhbərliyinə karyerasını vətənində davam etdirməyə üstünlük verdiyini açıq şəkildə çatdırıb.

Paketa cari mövsümdə bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir