
İspan jurnalist Alfredo Relano-nun iddiasına görə, Florentino Perez-in əsas məqsədi gələcəkdə **Jose Mourinho**nu yenidən **Real Madrid**in baş məşqçisi etməkdir.
Klub **Xabi Alonso**nu cəmi 8 ay sonra istefaya göndərib. Onun yerinə müvəqqəti olaraq Alvaro Arbeloa təyin olunub. Relano Arbeloa-nı sərt tənqid edərək onu “heç kimi ilhamlandırmayan xəbərçi” adlandırıb.
Qeyd olunur ki, Real Madrid eyni zamanda Jurgen Klopp variantını da nəzərdən keçirir, lakin uzunmüddətli perspektivdə Perezin əsas planı Mourinhonun kluba qayıdışıdır.
