
UEFA Çempionlar Liqasının əsas mərhələsində Qarabağ Almaniyanın güclü klublarından Eintracht Frankfurtla üz-üzə gələcək.
Görüş yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
Frankfurt təmsilçisi Bundesligada mübarizə aparır və hazırda turnir cədvəlinin 7-ci pilləsindədir. Klub artıq 14 ildir ki, fasiləsiz şəkildə Almaniyanın ən yüksək liqasında çıxış edir.
Komandanın ümumi heyət dəyəri 394,4 milyon avro qiymətləndirilir. Siyahıda 32 futbolçu yer alır, orta yaş 25,2-dir. Heyətin 65,6 faizi legionerlərdən ibarətdir, 13 oyunçu isə milli komandaların üzvüdür.
“Ayntraxt Frankfurt”un ən bahalı futbolçusu hücumameyilli yarımmüdafiəçi Can Uzundur – onun transfer dəyəri 45 milyon avrodur. Hücum xəttində Jean-Mattéo Bahoya və Ritsu Doan (hər biri 25 milyon avro) xüsusi diqqət çəkir.
Tarixində 1 Almaniya çempionluğu, 5 Almaniya Kuboku, eləcə də UEFA Kuboku və Avropa Liqası zəfərləri olan klub ev oyunlarını 59 500 tamaşaçı tutumuna malik Deutsche Bank Parkda keçirir.
Son illərdə avrokuboklarda sabit performans göstərən “Ayntraxt Frankfurt” “Qarabağ” üçün ciddi rəqib sayılır. Bakıda keçiriləcək qarşılaşmanın həm idman baxımından, həm də azarkeş marağına görə böyük diqqət çəkməsi gözlənilir.
