
BƏƏ-nin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışını davam etdirən Neftçi son yoxlama matçını keçirib. “Ağ-qaralar” Çinin Chengdu Rongcheng klubu ilə qarşılaşmada 3:1 hesablı qələbə qazanıblar.
Bakı təmsilçisinin qollarını Andrey Ştoqrin (9-cu dəq.), Bassala Sambu (29) və İqor Ribeyro (53) vurub.
Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində daha əvvəl Misirin Pyramids komandası ilə 1:1 hesablı heç-heçə edib, Qazaxıstanın Kairat klubunu isə 3:0 hesabı ilə məğlub edib.
