AzerCash Logo

“Bakı-Xankəndi” velosiped yarışının maskotu üçün müsabiqə elan olunub

“Bakı-Xankəndi” velosiped yarışının maskotunun hazırlanması üçün müsabiqə elan olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.

Qeyd olunub ki, federasiya tərəfindən yarışın maskotu kimi milli-mənəvi dəyərlərimizi, güc və dözümlülüyün simvolu sayılan Qarabağ atı seçilib.

Vurğulanıb ki, müsabiqənin məqsədi Qarabağ atı obrazını müasir dizayn yanaşması ilə təqdim edən, velosiped idmanının dinamizmini və Azərbaycanın mədəni irsini əks etdirən yaddaqalan maskotun yaradılmasıdır.

Qaliblərin federasiya tərəfindən qiymətli hədiyyə ilə təltif ediləcəyi və fəxri qonaq qismində yarışa dəvət olunacağı bildirilib.

Xatırladaq ki, yarış bu il 10-14 may tarixlərində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir