AzerCash Logo

“Barselona”da bir dövr bitir: Ter Ştegen La Liqanın digər klubuna transfer olunur!

Mark-Andre ter Ştegenin “Barselona”dakı 10 illik karyerası gözlənilməz şəkildə sona çatmaq üzrədir. Almaniyalı qapıçı həmyerlisi Hansi Flikin rəhbərliyi altında əsas heyətdəki yerini itirərək Joan Qarsiya və Voyçex Şçesnıdan sonra üçüncü seçimə çevrilib. 2014-cü ildən bəri katalonların uğurları üçün tər tökən və 290-dan çox matçda meydana çıxan təcrübəli qolkiper, son vaxtlar yol verdiyi səhvlər və zədələr səbəbindən etimadı itirib.

Karyerasını yenidən canlandırmaq istəyən Ter Ştegen bu ay klubu tərk etməyə hazırlaşır. “SPORT” nəşrinin məlumatına görə, o, mütəmadi oyun praktikası qazanmaq üçün La Liqanın digər təmsilçisi “Jirona”ya keçməyə müsbət yanaşır. Onun bu qərarının arxasında duran əsas səbəb isə Julian Naqelsmannın rəhbərlik etdiyi Almaniya millisinə qayıtmaq və 2026-cı il Dünya Çempionatında iştirak etmək arzusudur. Hazırda Almaniya yığmasında ulduz qapıçı boşluğu olduğunu görən Ter Ştegen, “Jirona”da keçirəcəyi uğurlu bir neçə ayın onu yenidən bir nömrə edəcəyinə inanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir