
UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda “Liverpul” və “Qarabağ” komandaları arasında baş tutacaq oyunun biletlərinin qiymətləri açıqlanıb.
İngiltərə klubunun rəsmi saytında paylaşılan məlumata istinadən xəbər verir ki, biletlərin qiymətləri 9-dan 61 funt sterlinqə qədər dəyişəcək ki, bu da təxminən 20-140 manat aralığına uyğundur. Biletlərin alınması üçün son tarix isə 7 yanvardır.
Qeyd edək ki, qarşılaşma “Enfield” stadionunda keçiriləcək və Bakı vaxtı ilə yanvarın 28-i saat 00:00-da start götürəcək.
