AzerCash Logo

“Neftçi” “Kayrat”la, “Sumqayıt” Macarıstan klubu ilə yoxlama oyunu keçirəcək

“Neftçi” və “Sumqayıt” komandaları qış təlim-məşq toplanışında yoxlama oyunlarını keçirəcəklər.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən Bakı klubu Qazaxıstanın “Kayrat” kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.

Türkiyənin Antalya şəhərində toplanışda olan “Sumqayıt” isə Macarıstanın “Pakş” komandası ilə görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 16:00-a təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir