AzerCash Logo

Norveçli futbolçu “Mançester Siti”ni tərk edə bilər

Mançester Siti”nin yarımmüdafiəçisi Oskar Bobb komandadan ayrıla bilər.

Azercash xarici KİV-ə istinadən xəbər verir ki, bu, komandaya qanalı vinger Antuan Semenyonun gəlişindən sonra gündəmə gəlib.

Norveçli futbolçuya Dortmund “Borussiya”sı maraq göstərir. Almaniya klubu Bobbun gələcəyi ilə bağlı vəziyyəti yaxından izləyir. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.

22 yaşlı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 9 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir