AzerCash Logo

“Qarabağ” dünya klub reytinqində bir pillə geriləyib

The current image has no alternative text. The file name is: 1761108348_171814690.jpg


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən açıqlanan son dünya klub reytinqində Azərbaycan təmsilçilərinin mövqelərində dəyişikliklər baş verib.

182,5 xal toplayan ölkə çempionu Qarabağ bir pillə geriləyərək 68-ci yerdən 69-cu sıraya düşüb. Müsbət dinamika nümayiş etdirən Sabah isə 93,5 xalla 252-ci pillədən 224-cü mövqeyə yüksəlib.

Digər klublardan Zirə 66,75 xalla 360-cı yerdən 389-cu sıraya enib. Araz-Naxçıvan 60,25 xalla 486-cı pillədən 456-cı yerə qalxıb. Neftçi də irəliləyiş edərək 51,25 xalla 563-cü mövqedən 553-cü sıraya yüksəlib. Geriləyənlər sırasında isə Turan Tovuz yer alıb — komanda 608-ci pillədən 627-ci yerə düşüb.

Qeyd edək ki, ümumilikdə 704 klubun daxil edildiyi reytinq cədvəlinə 613 xalla Fransanın Paris Saint-Germain klubu başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir