AzerCash Logo

“Real” üzərində hər qələbə böyük bir hadisədir”

“Barselona”nın hücumçusu Robert Levandovski İspaniya superkubokunun final matçından sonra fikirlərini bölüşüb. Ciddədəki “King Abdullah Sports City” stadionunda keçirilən qarşılaşmada baş hakim Xose Munuera Montero olub və kataloniyalılar 3:2 hesabı ilə qələbə qazanıblar.

Polşalı forvard sosial şəbəkə hesabındakı paylaşımında oyun haqda belə yazıb:

“Real” üzərində hər qələbə böyük bir hadisədir. Onlar matç boyunca demək olar ki, daim aşağı blokda oynadılar. Biz səbrli olmalı və topu bir cinahdan digərinə hərəkət etdirməliydik. Ən vacibi isə odur ki, biz daha bir titul qazandıq”.

“Barselona”nın qollarından birini Levandovski vurub.

Bizi Telegramda izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir