
Boks üzrə keçmiş mütləq dünya çempionu, amerikalı Mayk Tayson pul qarşılığında Instagram-da fanatlarından birinə abunə olub.
Bu barədə Sport24 Goldin şirkətinə istinadən məlumat yayıb.
İdmançı abunəliyini hərracda 3,3 min dollara satıb. Abunəlik üçün pul ödəyən fanat Taysonun abunə olduğu 300-cü şəxs olub.
Bna qədər Tayson tarixdəki ən güclü boksçuların adlarını açıqlamışdı. O, siyahıya Cek Dempsey, Sonni Liston, Məhəmməd Əli və Corc Formanı daxil edib.
Qeyd edək ki, 2024-cü ilin noyabrında Tayson 27 yaşlı bloqer Ceyk Pola hakimlərin yekdil qərarı ilə uduzub. Boks qaydalarına əsasən keçirilən döyüş hərəsi iki dəqiqə olmaqla səkkiz raund davam edib.
