AzerCash Logo

Usman Dembélé möcüzə yaratdı: PSJ ulduzu “Lill”ə qarşı Puşkaş mükafatına layiq qol vurdu

The current image has no alternative text. The file name is: GettyImages-2255988868.jpg.webp


Paris Saint-Germainin ulduzu Ousmane Dembélé Liqa 1-də Lilleə qarşı keçirilən oyunda möhtəşəm fərdi qolla yadda qalıb. PSJ-nin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Dembélénin vurduğu ikinci qol artıq indidən Puşkaş mükafatına real namizəd kimi qiymətləndirilir. İlk hissədə də fərqlənən “Qızıl top” sahibi parislilərin turnir cədvəlində Lensi geridə qoyaraq liderliyə yüksəlməsində əsas rol oynayıb.

Fransa Kubokunun 1/16 finalında şəhər rəqibi Paris FCə gözlənilməz 0:1 hesablı məğlubiyyətdən sonra Luis Enriquenin komandası güclü reaksiyaya ehtiyac duyurdu. PSJ bu cavabı Bruno Génésionun çalışdırdığı “Lill”ə qarşı inamlı qələbə ilə verdi.

Matçın 13-cü dəqiqəsində Dembélé cərimə meydançasından kənardan sağ ayağı ilə dəqiq zərbə endirərək hesabı açdı. Bununla kifayətlənməyən fransalı hücumçu fasiləyə az qalmış özünü bir daha ön plana çıxardı. PSJ-nin sürətli hücumundan sonra topu cərimə meydançasında qəbul edən Dembélé iki müdafiəçini aldadıb, daha sonra üçüncünün təzyiqi altında soyuqqanlılığını qoruyaraq topu sol ayağı ilə geri çəkdi və sağ ayağı ilə incə lobla qapıçı Berke Özeri tam aciz vəziyyətdə qoydu.

76-cı dəqiqədə zədəyə görə əvəzlənən Dembélénin gedişindən sonra PSJ hücum tempini saxladı və matçın sonlarında əvəzedici Bradley Barcola üçüncü qolu vurdu. Bu qələbə sayəsində Paris təmsilçisi Liqa 1-də ən yaxın izləyicisi “Lens”dən iki xal irəli keçərək zirvədəki yerini möhkəmləndirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir